"Titanik" filminin sonuncu səhnələrində yer alan qapı ABŞ-də hərraca çıxarılacaq.

"Unikal" xəbər verir ki, hərrac martın 20-dən 24-dək keçiriləcək. Lotun başlanğıc qiyməti isə 40 min dollardır.

Qapının uzunluğu təxminən 2,44 metr, eni isə təxminən 1,04 metrdir.

Qeyd edək ki, filmin sonunda Rouz (Keyt Uinslet) sözügedən sınmış qapı ilə xilas olur. Cek (Leonardo DiKaprio) isə sevgilisi üçün özünü qurban verir və soyuq suda donur.