Müğənni Nigar Camalın başına iş gəlib.

"Unikal" xəbər verir ki, Elşad Eldar oğlu Məmmədov müğənninin adından "TikTok" sosial şəbəkəsində saxta səhifə açaraq, fanatlarından onları müğənni ilə görüşdürmək müqabilində pul tələb edib.  

Nigarın sevənlərindən həm də şəklini istəyən Elşad Məmmədov daha sonra bu şəkilləri yaymaqla onları şantaj edib.

Bununla bağlı, Nigar Camal sosial şəbəkə hesabında məlumat yayıb. O, dələduzluğa məruz qaldığını bildirərərək polisə müraciət edib.

Zərifə Nağıyeva