Bakı-Quba ödənişli yolunda daha bir yol-nəqliyyat hadisəsi baş verib. 

"Unikal"ın məlumatına görə, hadisə yolun Yaşma bağları ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, Dağıstana məxsus yüklü TIR yoldan çıxaraq aşıb. Qəza nəticəsində yol kənarındakı dəmir maneənin bir hissəsi də zədələnib. 

Ağarza Elçinoğlu