Gəncə şəhərində zəncirvari qəza olub.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Zülfü Hacıyev küçəsində qeydə alınıb.

Belə ki, idarəetmədən çıxan  "BMW X5" markalı minik avtomobili yol kənarında dayanan "VAZ 2106", "Opel" markalı minik maşınlarına, ağaca və işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Qəzada  avtomobilərə və işıq təssərrüfatına ciddi ziyan dəyib. Qəza yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov