Türkiyənin Kayseri şəhərinin Yeşilhisar rayonunda şagirdləri daşıyan xidməti mikroavtobusun qəzaya uğraması nəticəsində 10 nəfər yaralanıb.

"Unikal" türk mətbuatına istinadən xəbər verir ki, əlverişsiz havanın da təsiri ilə mikroavtobusun sürücüsü idarəetməni itirib, nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Qeyd olunub ki, Yeşilhisar Dövlət Xəstaxanasına yerləşdirilmiş 10 yaralının durumu yaxşıdır.

Faktla bağlı araşdırma aparılır.