Qubada yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Zizik kəndində qeydə alınıb. 

Belə ki, hərəkətdə olan “Toyota Prado” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq elektrik dirəyinə, daha sonra fərdi yaşayış evinə çırpılıb.

Qəza nəticəsində Məmmədov Rəşid, Mustafayev Rövşən, İsayev Elmin, Mustafayev Rizvan və Xələfov Şəmsəddin muxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Avtomobil isə yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır. 

Xanlar Qaraca