Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

FHN-dən "Unikal"a verilən xəbərə görə, Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində ümumi sahəsi 97 m² olan 3 otaqlı mənzilin mətbəxində 1 ədəd aspirator və 1 ədəd xalça yanıb. Yüksək temperaturdan mətbəx mebeli 3 m² sahədə qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.