İtaliyanın Turin şəhərində dünya şöhrətli avtomobil dizayneri Marçello Qandini 85 yaşında dünyasını dəyişib.

"Unikal" xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.

Əfsanəvi italyan 1960-cı illərdən bəri ən innovativ italyan avtomobillərinin hazırlanması ilə tanınır.

"Bertone"  şirkətinin baş dizayneri olan Qandini 1960-70-ci illərin "Lamborghini Miura", "Espada", "Urraco" və "Countach", "Alfa Romeo Montreal", "Lancia Stratos", "Fiat X1/9" və "Ferrari GT4" kimi məşhur idman avtomobillərini dizayn edib.

Ömrünün son illərində Qandini fəaliyyətini dayandırmayıb. Onun fəaliyyəti tədqiqat və innovasiyaya yönəldilib. Onun növbəti layihəsi Qətərdə olmalı idi, burada dizayner Doha Avtomobil Muzeyi üçün təlim platforması üzərində işləyirdi.

Gülayə Mecid