Rusiya Ağ Evin rusofob siyasətinin hazırlanmasında, həyata keçirilməsində və əsaslandırılmasında və anti-Rusiya sanksiyalarının tətbiqində iştirak edən 227 amerikalının ölkəyə girişini qadağan edib.

"Unikal" xəbər verir ki,  bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Siyahıya ABŞ-nin icra hakimiyyətinin, biznes ictimaiyyətinin, media sferasının və akademik dairələrinin nümayəndələri daxil edilib.

Rusiya XİN bildirir ki, sanksiyalar siyahısının genişləndirilməsi Vaşinqtonda istənilən “aqressiv cəhdlərin” cəzasız qalmayacağı və qəti cavab alacağı anlayışını “refleksiv səviyyədə möhkəmləndirmək” məqsədi daşıyır.

Xüsusilə, ABŞ Dövlət Departamentinin xüsusi müşaviri Derek Çollet, ABŞ-nin Rusiyadakı keçmiş səfiri Con Sallivan, Dövlət Departamentinin mətbuat katibi Metyu Miller, ABŞ ticarət, maliyyə və energetika nazirinin bir sıra müavinlərinin Rusiya Federasiyasına girişi qadağan edilib.

Gülayə Mecid