Dünyada tez-tez rast gəlinən xəstəliklərdın biri də yuxusuzluqdur. Normal vaxtlarda yatmamaq insan həyatına mənfi təsir göstərir. Həkimlər sağlam həyatın təməl daşları olan yuxu müddəti və keyfiyyətinin əhəmiyyətinə diqqət çəkirlər.

"Unikal" sağlam həyatın əsasını təşkil edən yuxu haqqında məlumat toplayıb.

- ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) məlumatına görə, 0-3 aylıq körpələr gündə yuxuda  14-17 saat, 4-12 aylıq körpələr 12-16 saat, 1-2 yaşlı uşaqlar 11-14 saat vaxt keçirir.  

Tövsiyə olunan gündəlik yuxu vaxtları 6-12 yaş üçün 9-12 saat, 13-18 yaş üçün 8-10 saat, 18 yaşdan yuxarı böyüklər üçün isə hər gecə ən az 7 saat olaraq müəyyən edilir.

Məlumata görə, dünyada hər 10 nəfərdən birində xroniki yuxusuzluq əlamətləri var.

- Bu xəstəliyin simptomları dünyada 65 yaşdan yuxarı insanların 75 faizində və yeniyetmədən əvvəlki uşaqların 20 faizində müşahidə olunur.

- Xroniki yuxusuzluq nəticəsində ürək-damar funksiyaları pozula bilər. Bu, yüksək qan təzyiqi, iltihab və stress, metabolik dəyişikliklər və çəki artımına səbəb ola bilər.

ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamentinin Milli Sağlamlıq İnstitutunda (NIH) nəşr olunan araşdırmaya görə, elm adamları dünyada 30-69 yaş arasında olan təxminən 1 milyard yetkinin obstruktiv yuxu apnesindən əziyyət çəkə biləcəyini təxmin edirlər.

Dünyada ən çox rast gəlinən, lakin ümumiyyətlə diaqnoz qoyulmayan yuxu pozğunluqlarından biri olan yuxu apnesi, yatarkən nəfəs ala bilməmək əlaməti ilə tanınır. Yuxu apnesinin simptomlarına yüksək səslə xoruldama, nəfəs darlığı ilə qəfil oyanma, quru ağız və ya boğaz ağrısı ilə oyanma, səhər baş ağrıları daxildir.
 
Müalicə edilməzsə, yuxu apnesi yüksək qan təzyiqi, ürək problemləri, 2-ci tip diabet və gündüz yorğunluğu kimi sağlamlıq problemlərinə səbəb ola bilər. Bu xəstəlik arıqlamaq, yuxu vəziyyətini dəyişdirmək və nəfəs almağı asanlaşdıran cihazlardan istifadə etmək kimi həyat tərzində dəyişikliklər etməklə müalicə edilə bilər. Bəzi hallarda nəfəs almağı asanlaşdırmaq üçün cərrahi əməliyyatlar da tələb olunur.

- Həkimlər yuxu rejiminin saxlanmasının vacibliyini vurğulayır və yuxudan əvvəl kofein və nikotin istifadəsindən qaçınmaq, nizamlı məşq etmək, ekran vaxtını azaltmaq və gündüz yuxusu kimi addımların təsirli ola biləcəyini düşünürlər.

- Çikaqo Tibb Universitetinin internet saytındakı məlumatlara görə, təxminən hər 3 böyüklərdən biri gündə tövsiyə olunan 7 saatdan az yatır. İnsanın gündəlik yuxu müddətində 1 saatlıq dəyişiklik belə ürək sağlamlığına təsir edə bilər. Yuxu vaxtının 1 saat qısaldılması infarkt riskinin artmasına səbəb ola bilər.

Gülayə Mecid