Bakıda yaşayan rusiyalıların 77%-i Vladimir Putinə səs verib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyası məlumat yayıb. 

Qeyd olunur ki, bu, Rusiya vətəndaşlarının ölkədən kənarda səsvermələrinin ən yüksək nəticəsidir.

İkinci yerdə 73,78 faizlə Bişkek qərarlaşıb, Daşkənddə isə ümumi seçicilərin 57,95 faizi Putinə səs verib.

Çeçenistanda rekord faiz qeydə alınıb - 98,99% səsvermə.

Ağarza Elçinoğlu