"FOX"da yayımlanan "Hudutsuz sevda" serialına yeni aktyor daxil olub.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Hüseyn Soysalan rol alacaq.

O, layihədə "Nedime"nin qardaşı "Nihad" obrazına həyat verəcək.

Qeyd edək ki, serialın baş rollarını Miray Danerlə Deniz Can Aktaş canlandırır.