Finlandiya Çexiyanın Ukrayna üçün birgə silah-sursat alması təşəbbüsündə iştirak etmək üçün 30 milyon avro ayırmaq niyyətindədir.

"Unikal" xəbər verir ki, bu barədə Finlandiyanın müdafiə naziri Antti Hyakkänen  bildirib.

“Maddi dəstək paketləri ilə yanaşı, Finlandiya Ukraynaya başqa yollarla da kömək edir. Çexiya tərəfindən koordinasiya edilən birgə sursat tədarükü Ukraynada kəskin sursatın çatışmazlığı ilə mübarizədə çox mühüm yardımdır”, - deyə nazir bildirib.

Ramil Zeynallı