Litva, Latviya, Estoniya, Polşa və Çexiya Avropa Komissiyasını (AK) Rusiya və Belarusdan Aİ-yə taxıl idxalını qadağan etməyə çağırıb.

"Unikal" xəbər verir ki, qeyd olunur ki, beş ölkənin kənd təsərrüfatı nazirlərinin çağırışı Litvanın təşəbbüsü ilə olub.

“Biz Rusiya və Belarusdan gələn ərzaq məhsullarının Aİ-yə idxalının məhdudlaşdırılması imkanlarınıa baxmağı xahiş edirik. Birgə müraciətlə bizi birləşdirən aktual problemi həll etməyə çalışırıq”, - deyə Litvanın kənd təsərrüfatı naziri Kestutis Navickas bildirib.

Nazirlər iddia edirlər ki, Ukraynadakı münaqişə Rusiyanın Aİ-yə taxıl ixracından əldə etdiyi gəlir hesabına maliyyələşir. Bundan əlavə, onların qiymətləndirməsinə görə, Rusiya taxılı Aİ-nin daxili bazarına təzyiq göstərir və birbaşa Aİ fermerlərinin məhsulları ilə rəqabət aparır.

2023-cü ildə Aİ 437,5 milyon avro dəyərində 1,53 milyon ton Rusiya taxılını idxal edib.

Avropa İttifaqının Kənd Təsərrüfatı və Balıqçılıq Nazirləri Şurası martın 26-da təklifi müzakirə edəcək.