ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi ölkə administrasiyasının Krım körpüsünün saxlanmasında iştirak edənlərə qarşı sanksiyalar tətbiq etməli olduğu qanun layihəsini təsdiqləyib.

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Təşəbbüsü bir gün əvvəl Nyu-York ştatından olan Demokrat konqresmen Qreqori Miks təqdim edib. O, Rusiyanı Krım yarımadası ilə birləşdirən tunel və ya körpünün tikintisində, saxlanmasında və ya təmirində bilərəkdən iştirak edən hər hansı əcnəbi şəxsə qarşı sanksiyaların tətbiq edilməsini tələb edir.

Daha sonra qanun layihəsi Nümayəndələr Palatasının tam iclasında nəzərdən keçiriləcək.

Ramil Zeynallı