Əfqanıstanın cənubunda yerləşən Qəndəhar vilayətində terror aktı törədilib.

"Unikal" xəbər verir ki, kamikadze özünü bankın yaxınlığında partladıb.

Hadisə nəticəsində 3 mülki şəxs həlak olub, 12 nəfər yaralanıb. 

Talibanın nəzarətində olan Daxili İşlər Nazirliyi hücumda İŞİD-i günahlandırıb.