Qərb yerli elitanı Moskvaya qarşı qoyaraq Ermənistanı Rusiyadan qoparmağa çalışır.

"Unikal" xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin çıxışında deyib. Senator qeyd edib ki, Rusiyadan başqa dünyada erməni maraqlarını nəzərə almağa hazır olan ikinci bir dövlət yoxdur.

“Ermənistan Rusiyadan daha ermənipərəst birini tapa bilməz. Bunun bir çox səbəbləri var - tarix və qan bağlarından tutmuş regional təhlükəsizlik prioritetlərinə qədər. Ciddi düşünməyin vaxtıdır”, - deyə o bildirib.

Ramil Zeynallı