Hazırda Ermənistan millisini gücləndirə biləcək futbolçu yoxdur. 

"Unikal" xəbər verir ki, bunu Ermənistan millisinin baş məşqçisi Aleksandr Petrakov Ermənistan - Kosovo matçı öncəsi mətbuat konfransı zamanı deyib.

"O futbolçuda dünyanın ən yaxşı komandalarının oyunçuları kimi keyfiyyətlər olmalıdır, məncə, o keyfiyyətləri sadalamağa ehtiyac yoxdur. Layiq olan varsa zəng edəcəm, olmasa sırf sınaq üçün çağırmaram. Milli komanda futbolçuların sınaqdan keçirilməli olduğu platforma deyil", - Petrakov qeyd edib. 

Ağarza Elçinoğlu