Bakıda əri tərəfindən bıçaqlanan Ukrayna vətəndaşı olan qadın sığınacağa yerləşdirilib. 

"Unikal" xəbər verir ki, bu barədə Qadın və Uşaq Sığınacağı Birliyi "Facebook"da məlumat yayıb.

Bildirilir ki, əri tərəfindən şiddətə məruz qalan qadının köməyinə qonşuları yetişib.  5 bıçaq yarası alan qadın xəstəxanaya çatdırılıb. Tibbi yardımdan sonra qadın Qadın və Uşaq Sığınacağı Birliyinə təhvil verilib.