Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Navai (Nəvai Bəkirov) Moskvada “Crocus City Hall” ticarət mərkəzində silahlı insident zamanı əziyyət çəkənlərə maddi yardım edib. 

"Unikal" xəbər verir ki, o, bu  barədə "Instagram"da məlumat paylaşıb. 

Sənətçi Rusiya Qırmızı Xaç Cəmiyyətinə 1 milyon rubl (18 451 AZN) ianə edib. 

Navai izləyicilərini də yardım etməyə çağırıb.