İş xanımı Ruhi Əliyevanın adından dələduzluq edilib. 

"Unikal" xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edibş

Ruhi Əliyeva "TikTok"da onun adına saxta profil açılaraq, pul yığıldığını yazıb:

"Əziz izləyicilərim, belə dələduzlara, ümumiyyətlə sizdən kart məlumatlarınızı istəyən heç bir səhifəyə aldanmayın. Heç bir sosial şəbəkə hesabımda bu tipli paylaşımlar etmirəm".