Martın 26-da axşam saatlarında Budapeştdə Macarıstanın baş naziri Viktor Orban və baş prokuror Peter Poltun istefası tələbi ilə kütləvi aksiya keçirilib.

"Unikal" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.  

Nümayişdə bir neçə min insan iştirak edib. Etirazçılar baş prokurorluq binasından parlamentə qədər “İstefa, istefa” şüarları ilə yürüş edib, onların çoxu əllərində məşəl tutub.

Aksiya ölkə hakimiyyətini rüşvət işinə müdaxilə etməyə cəhddə ittiham edən keçmiş məmur Piter Maqyarın çağırışı ilə təşkil edilib.

Gülayə Mecid