Rusiyanın Əməkdar artisti, Buryaad teatrının aktyoru Oleq Babuyev Ulan-Udedə 71 yaşında vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə Buryatiya Respublikasının hüquq portalı məlumat yayıb.

Aktyorun ölüm səbəbi açıqlanmayıb. 

Oleq Babuyev 20 yanvar 1954-cü ildə Ekhe-Tsakir kəndində (Buryat-Monqolustan Muxtar Sovet Sosialist Respublikası, Zakamenski rayonu) anadan olub. 1975-ci ildən Buryatiyada Xotsa Namsaraeva adına Akademik Dram Teatrında işləyib.

1993-cü ildə Buryatiya Respublikasının Xalq artisti, 2000-ci ildən isə Rusiya Federasiyasının Əməkdar artisti olub.