Tailand parlamentinin aşağı palatası ölkədə eynicinslilərin nikahını qanuniləşdirən qanunu qəbul edib.

"Unikal" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. 

Qanunun qəbuluna 415 deputatdan 400-ü səs verib.

Yeni normaya görə, nikah əvvəlki kimi kişi və qadının deyil, iki şəxsin ortaqlığı kimi müəyyən edilir. Qanun Senat tərəfindən təsdiqləndikdən və Kral tərəfindən imzalandıqdan 120 gün sonra qüvvəyə minəcək.