Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Rahib Əliyev vəfat edib.

“Unikal” xəbər verir ki, sənətkar 78 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, R. Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub. Gənc Tamaşaçılar Teatrının səhnəsində 70-dən artıq obraz yaradıb.