Sevastopolda hərbi təyyarə dənizə düşüb.

"Unikal" xəbər verir ki, bu barədə şəhərin qubernatoru Mixail Razvojayev "Telegram" kanalında məlumat verib.

O vurğulayıb ki, heç bir mülki obyektə ziyan dəyməyib. Qubernatorun sözlərinə görə, pilot katapult edə bilib və onu sahildən təxminən 200 metr aralıda Sevastopol Xilasetmə Xidmətinin əməkdaşları xilas ediblər.

Razvojaev vurğulayıb ki, hazırda pilotun həyatı təhlükədə deyil.