Bundesliqanın 27-ci turunda "Bayer" doğma meydanda "Hoffenhaym"ı qəbul edib. 

"Unikal" xəbər verir ki, matç ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. 

33-cü dəqiqədə "Hoffenhaym"ın hücumçusu Maksimilian Bayer görüşdə hesabı açıb. 88-ci dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Robert Andriç hesabı bərabərləşdirib, 90-cı +1-də isə Patrik Şik qələbə qolunu vurub. 

Bununla da "Bayer"in bütün yarışlardakı məğlubiyyətsizlik seriyası 39 matça çatıb.

Ağarza Elçinoğlu