Hazırda 600-ə yaxın şəxsə məxsus sümük qalıqları var.

"Unikal" xəbər verir ki, bunu report-a açıqlamasında Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib.

Ə.Həsənov bildirib ki, onların müayinələrinin başa çatdırılanı da var: “Hətta şəxsiyyətinin identifikasiyası başa çatdırılan da var. Onlar sahiblərinə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən təhvil verilib”.