Azərbaycan idman gimnastı Rəsul Əhmədzadə Türkiyənin Antalya şəhərində keçirilən “Challenge” seriyasına aid Dünya Kubokunda finala yüksəlib.

"Unikal" xəbər verir ki, idmançımız paralel qollarda həlledici mərhələdə iştirak hüququ qazanıb.

Martın 29-da start götürən yarışa bu gün yekun vurulacaq.