Məşhur sankt-peterburqlu konkisürən Roman Boqrets "Jest" idman klubunda Rusiya Roller İdmanı Federasiyasının Kuboku yarışı zamanı qəzaya uğrayaraq ölüb.

"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, o, trası qət edərkən tam sürətlə maneəyə çırpılıb.

Boqrets baş və döş qəfəsi xəsarətləri və qabırğalarının sınması ilə kliniki ölüm vəziyyətində təcili xəstəxanaya yerləşdirilib. Roller bir neçə saat sonra reanimasiyada dünyasını dəyişib.

36 yaşlı Boqrets skeytkross üzrə Rusiya çempionu olub.