21 yaşlı ukraynalı model Anna Kraevskaya və onun DJ sevgilisi Hysni Qestaj İtaliyada 200 km/saat sürətlə hərəkət edən "Ferrari"nin baryerlərə çırpılması nəticəsində yanaraq ölüblər.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, qəzada avtomobil tamamilə yanıb və cütlüyün cəsədləri yanmış halda tapılıb. Cəsədlərin kimliyi onların taxdıqları müxtəlif qızıl saatlarla müəyyən edilib.