Türkiyədən Qəzza zolağına daha bir yardım gəmisi göndəriləcək.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Qızıl Aypara Cəmiyyətinin sədri Fatma Meriç Yılmaz açıqlama yayıb .

Bildirilib ki, cəmiyyət tərəfindən həyata keçiriləcək növbəti yardım gəmisinin yüklənmə işləri artıq başlayıb. Yardımlara qida məhsulları ilə yanaşı, gündəlik gigiyena vasitələri və generatorlar da daxildir. Gəminin aprelin 15-də yola çıxması nəzərdə tutulur.

Qeyd edək ki, oktyabrın 7-dən indiyədək Türkiyədən Qəzzaya səkkiz gəmi və 12 təyyarə ilə 42 min ton humanitar yardım göndərilib.