"TRT1" kanalında yayımlanan "Gönül dağı" serialının heyətində dəyişiklik edilib.

"Unikal" xəbər verir ki, ekran işində aktrisa Kübra Balcan rol alacaq. O, 134-cü bölümdən etibarən "Fidan" obrazı ilə izləyicilərin qarşısına çıxacaq.

Qeyd edək ki, serialın baş rollarını Bərk Atan, Ecem Özkaya, Nazlı Pınar Kaya, Cihat Süvarioğlu və Semih Ertürk paylaşır.