Fransanın "Vətənpərvərlər Partiyası"nın rəhbəri Florian Filippo Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin korrupsiya işində ifşa olunduğunu bildirib.

"Unikal" xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.

Filippo, fon der Lyayenin qohumu və partiya üzvü Markus Pipperin AK-də vəzifəyə təyin edilməsinə görə cinayət başında tutulduğunu qeyd edib. Belə ki, onun iddiasına əsasən, AK rəhbəri Pipperi vəzifəyə təyin etmək üçün xüsusi olaraq Avropa Komissiyasında kiçik və orta sahibkarlıq üzrə nümayəndə vəzifəsini yaradıb.

Siyasətçi yazıb ki, Aİ heç bir nəzarət və tarazlıq sistemi olmayan, külli miqdarda pul alan və nəhəng səlahiyyətlərə malik olan dərin korrupsioner sistemdir.

Bununla bağlı Filippo bir daha Fransanı Aİ-dən çıxmağa çağırıb.