Tacikistan vətəndaşlarının Türkiyəyə gediş-gəlişi üçün viza rejimi müvəqqəti tədbirdir.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu Türkiyənin Düşənbədəki səfirliyinin nümayəndələri bildiriblər.

Eyni zamanda, diplomatik nümayəndəlik vurğulayıb ki, Tacikistan vətəndaşlarının Türkiyə ərazisindən keçməklə hava limanlarının neytral zonasında olan tranzit səfərləri vizasız qalacaq.

Viza rejimi aprelin 20-də tətbiq olunacaq, o vaxta qədər Tacikistan vətəndaşları Türkiyəyə vizasız gedə bilərlər. Səfirlik icazə sənədinin alınması proseduru barədə ayrıca məlumat verəcəyini qeyd edib.