Almaniya Federativ Respublikasının iqtisadiyyat naziri və vitse-kansleri Robert Habek ölkənin kansleri postu uğrunda mübarizə aparmaq niyyətindədir.

"Unikal" xəbər verir ki, bu barədə “Bild” yazıb.

Seçki yarışında, həmçinin, Xristian Demokrat İttifaqının lideri Fridrix Merts və ölkənin xarici işlər naziri Annalena Barbok da iştirak edəcək.

Bildirilir ki, Habek son vaxtlar ölkədə müxtəlif biznes birlikləri ilə görüşlər keçirir və bu görüşlərdə Şoltsun siyasətindən geniş narazılıq yaranır.