Gürcüstanın İmereti bölgəsinin Xoni rayonu ərazisində xarici turistləri daşıyan mikroavtobus qəzaya uğrayıb.

"Unikal" xəbər verir ki, nəticədə 10 turist xəsarət alıb. Yaralılar müxtəlif xəstəxanalara yerləşdiriliblər. Onların hamısı Litva vətəndaşlarıdır.

Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı araşdırma başlayıb.