"Satınalmalar çox ciddi məsələdir. Bununla bağlı şikayət və nöqsanlar mövcuddur. Bizim də bununla bağlı müəyyən məlumatlarımız var".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov “Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında hesabat"ın müzakirəsi zamanı deyib.

O bildirib ki, yoxlamaların effektivliyini artırmağa ehtiyac var: "Son vaxtlar Hesablama Palatası ilə əlaqədar qanunlara ciddi dəyişikliklər etmişik. Naxçıvanda da yoxlamalar aparmısız. 6 auditdə kifayət qədər mənfi məqamlar üzə çıxarılıb. Doğrudur, müəyyən işlər hüquq-mühafizə orqanlarına göndərilib, məhkəmələr gedib, həbs edilənlər olub və s. Bu məsələləri ciddiyə almaq lazımdır".

Anar Kəlbiyev