Nizami Rayon Məhkəməsində 14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma maddəsi ilə təqsirləndirilən şəxsə hökm oxunub.

“Unikal”ın əldə etdiyi məlumata görə, hakim İlham Kərimlinin sədrliyi ilə keçirilən məhkəmə iclasında Şirvan sakini olan, əvvəllər oğurluq maddəsi ilə məhkum olunmuş 22 yaşlı Ceyhun adlı şəxs Cinayət Məcəlləsinin 152.2-ci (14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, zərərçəkmiş qismində tanınan Natella şikayətçi olmadığını bildirib və məhkəmədən təqsirləndirilənənə aşağı cəza verilməsini xahiş etmişdir. 
İttiham aktına görə, ötən ilin iyun ayında Ceyhun dostu Nail ilə birlikdə çimərliyə gedərkən yolda Nailə “Tik-tok” sosial şəbəkəsindən tanış olduğu Amina (ad şərtidir) adlı qız zəng etmişdir. Nail ona birlikdə çimərliyə getməyi təklif etmişdir. Amina isə Nailə rəfiqəsi Natella (ad şərtidir) ilə birgə gəlmək istədiyini bildirmişdir. Onlar razılaşmış və dostlar qısa müddətdən sonra qızları Yasamal rayonundan götürüb çimərliyə getmişlər. Çimərlikdə birlikdə dincəldikdən sonra Nailin Nizami rayonunda kirayə yaşadığı mənzilə gəliblər. Bir müddət deyib-güldükdən sonra Natella yataq otağında Ceyhunla öz razılığı ilə cinsi əlaqədə olmuşdur. Belə ki, Natella ona 15 yaşının olduğunu bildirmişdir. Hətta Nail ilə Aminada onların necə cinsi əlaqədə olmalarının şahidi olublar. Sonra Nail taksi çağırıb qızları öz evlərinə yola salmışdır. 
Azər İsrafilov