Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayevin vəziyyəti yaxşılaşıb.

"Unikal" xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.

Bildirilib ki, hazırda Xalq yazıçısının müalicəsi xəstəxana şəraitində davam etdirilir.

***23:51 (12.04.2024)

Xalq yazıçısı Çingiz Abdullayevin vəziyyəti ağırdır.

"Unikal" xəbər verir ki, yazıçı Mərkəzi Gömrük Xəstəxanasında reanimasiyaya yerləşdirilib.

Çingiz Abdullayev 3 gün öncə zəhərləndiyinə görə xəstəxanaya aparılıb, sonra evə buraxılıb. Bu gün onun halı yenidən pisləşib.