Peruda “Mirage 2000P” qırıcı təyyarəsinin qəzaya uğradığı yerdən ölən pilotun cəsədi çıxarılıb.

"Unikal" xəbər verir ki, bu barədə Hərbi Hava Qüvvələrinin açıqlamasında deyilir.

Qeyd olunub ki, təyyarə qəzasının bütün hallarını müəyyən etmək üçün xüsusi komissiya yaradılıb.

Peru Hərbi Hava Qüvvələrinə məxsus “Mirage 2000P” hərbi təyyarəsi ölkənin dağlıq cənubunda alçaq hündürlükdə təlim uçuşu həyata keçirərkən yerli vaxtla cümə axşamı günorta radarlardan itib.