Gürcüstan prezidenti Salome Zurabişvili respublikaya daxil olan rusların heç bir şəkildə nəzarət altına alınmadığını bəyan edib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, prezident hökuməti bu məsələni həll etməyə çağırıb.

"Unutmaq lazım deyil ki, bu ölkəyə çoxlu ruslar daxil olub və heç bir şəkildə nəzarət edilmir. Mən demirəm ki, burada olan bütün ruslar ölkənin düşməni və ya agentləridir, amma buna birtəhər nəzarət etmək lazımdır. Bu, bizim çox diqqətli olmağımıza ehtiyac yaradır", - Zurabişvili Gürcüstanın “Pirveli” telekanalına müsahibəsində bildirib.

Ağarza Elçinoğlu