Türkiyə ümumbəşəri dəyərlərə sadiq qalaraq dünya sülhünə xidmət etməyə davam edəcək.

"Unikal" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskə Fələstin-İsrail münaqişəsi ilə bağlı ünvanladığı məktubda bildirib.

Yaxın Şərqdə və Ukraynada cərəyan edən hadisələrin beynəlxalq əməkdaşlıq və koordinasiyanın zərurətini bir daha ortaya qoyduğuna diqqət çəkən Türkiyə lideri, münaqişə bölgələrinə humanitar yardımların çatdırılmaması səbəbindən bu gün insanların aclıqdan öldüyünü bildirib.

“Qəzza zolağına müqəddəs Ramazan ayında da zərbələr endirilib. Ukrayna müharibəsi isə üçüncü ilinə qədəm qoyub. Bu bölgələrdəki gərginlik bütün dünyaya öz mənfi təsirini göstərir. Bu kimi çağırışlar beynəlxalq əməkdaşlıq və koordinasıyanın zərurətini bir daha ortaya qoyur”, - deyə Ərdoğan vurğulayıb.

Türkiyə Prezidenti məktubunda xüsusi ilə son dönəmdə dünyanın müxtəlif bölgələrində qeydə alınan islamofobiya, rasizm və ksenofobiya təhlükəsindən də bəhs edib.