Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana dünyada sülh üçün göstərdiyi səylərə görə təşəkkür edib.

"Unikal" xəbər verir ki, bunu Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Əli Ərbaş Romada Papa Fransisklə görüşündən sonra bildirib.

Ə.Ərbaş Roma Papasının görüşdə Rəcəb Tayyib Ərdoğanın dünyada sülh üçün güc sahibi olan və bununla bağlı çox çalışan azsaylı liderlərdən biri olduğunu vurğuladığını deyib.