İsrail ordusu İrandan İsrailə istiqamətlənən bütün dronları izləyir.

"Unikal" xəbər verir ki, bu barədə İsrail ordusunun bəyanatında bildirilib.

“Havadan müdafiə kompleksi ölkənin səmasını qorumaq missiyasını yerinə yetirən Hərbi Hava Qüvvələrinin təyyarələri və Hərbi Dəniz Qüvvələrinin gəmiləri ilə eyni vaxtda yüksək hazırlıq vəziyyətindədir. İsrail ordusu bütün hədəfləri izləyir”, - deyə qeyd olunub.

***00:41

İsrailə qarşı kütləvi pilotsuz uçuş aparataları ilə hücum başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

***00:23

İran tərəfi İsrailə onlarla pilotsuz uçuş aparatı istiqamətləndirib.

"Unikal" “Jerusalem Post” qəzetinə istinadla xəbər verir ki, bu barədə ABŞ və İsrail kəşfiyyatından bildirilib.

Qeyd olunub ki, dronlar İsrailə bir neçə saata çatacaq.

***00:08

İran pilotsuz uçuş aparatları ilə İsrailə zərbələr endirib.

"Unikal" xəbər verir ki, bu barədə "KAN" radiosu məlumat yayıb.

İsrail rəsmiləri məlumatı təsdiqləyib. Qeyd olunub ki, Tel-Əviv yaxınlığındakı Ben Qurion hava limanı gecə saatlarında 3 saat bağlı olacaq.