ABŞ İranla münaqişəyə can atmır, lakin Yaxın Şərqdəki qoşunlarını müdafiə etməkdən və İsraili dəstəkləməkdən çəkinməyəcək.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Lloyd Ostin deyib.

“Biz İranla münaqişəyə can atmırıq, lakin qoşunlarımızı qorumaq və İsrailin müdafiəsini dəstəkləmək üçün hərəkətə keçməkdən çəkinməyəcəyik”, – deyə Ostin bildirib.

O əlavə edib ki, Vaşinqton İranın İsrailə qarşı "ehtiyatsız və misli görünməmiş hücumlarını" pisləyir, həmçinin Tehranı və onun regiondakı havadarlarını gələcək hücumlardan çəkinməyə və vəziyyəti gərginləşdirməməyə çağırır.