İran İsrailə qarşı uğurlu əməliyyat keçirdi və pilotsuz təyyarələr yəhudi dövlətinin raketdən müdafiə sistemlərini üstələyə bildi.

"Unikal" xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, Silahlı Qüvvələrin elit bölmələri) komandanı general Hüseyn Səlami deyib.

“Biz bilirik ki, əməliyyatımız gözlənildiyindən daha uğurlu oldu. İsrailin istənilən təcavüzünə reaksiyamız daha sərt olacaq”, - deyə general bildirib.

SEPAH komandiri əlavə edib ki, İran pilotsuz təyyarələri və raketləri İsrailin “güclü hava hücumundan müdafiə sistemini” üstələyib.