İran prezidenti Seyid İbrahim Rəisi İranın İsrail ərazisinə endirdiyi zərbələrlə bağlı bəyanat verib.

"Unikal" "Mehr" agentliyinə istinadən xəbər verir ki, onun sözlərinə görə, SEPAH İsrailə dərs verib.

“İran xalqının maraqlarına qarşı yönəlmiş istənilən yeni avantüranın daha sərt və daha təəssüf doğuran cavabı ilə qarşılaşacağını vurğulayıram. SEPAH-ın çalışqan qüvvələri sionist düşmənə dərs verib”, - Rəisi qeyd edib.