Gəncədə zəncirvari qəza olub.

"Unikal" xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospekti ilə Şah İsmayıl Xətayi prospektinin kəsişməsində qeydə alınıb.

Hərəkətdə olan "Hyundai" markalı minik maşını yoldan çıxaraq yol kənarında dayanan "VAZ 2107", "Opel", "Toyota"  və "Mercedes"ə çırpılıb.

Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Tural Əhmədov