İran Xarici İşlər Nazirliyi İsrailə qarşı kütləvi hücumdan sonra Britaniya, Almaniya və Fransa səfirlərini geri çağırıb.

"Unikal" xəbər verir ki, bu barədə İran XİN-in "X" hesabında yazılıb.

“Qərbi Avropa departamentinin rəhbəri bu gün səhər Tehrandakı Xarici İşlər Nazirliyində bəzi Britaniya, Fransa və Almaniya rəsmilərinin İslam Respublikasının reaksiyası ilə bağlı məsuliyyətsiz mövqeyinə görə Böyük Britaniya, Fransa və Almaniya səfirlərini ayrı-ayrılıqda geri çağırıb”, - məlumatda deyilir.